Bölgə xəbərləri

Qazaxda sinif otağının tavanı çökdü

17 fevral / 22:48 1 dəq
1739786123 2
17 fevral / 22:48
Burada sizin reklamınız ola bilər

Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli məktəbin 1-ci sinfində otağın tavanı çöküb.

Qerbxeber.com xəbər verir ki, bu barədə “Azərbaycan müəllimi” məlumat yayıb.

Məsələ ilə bağlı Qazax-Tovuz Regional Təhsil İdarəsindən bildirilib ki, şagirdlər və müəllim təxliyə planına uyğun olaraq təhlükəsiz yerə köçürülüblər:

“Hadisə zamanı xəsarət alan olmayıb. Qazax rayonu üzrə təhsil sektorunun təsərrüfat qrupunun əməkdaşları hadisə yerinə cəlb edilib. Tavanın hansı səbəbdən çökdüyü araşdırılır. Təhsil müəssisəsində təlim-tədris prosesi davam edir”.

1739786089 1

Paylaş
Burada sizin reklamınız ola bilər