Qazax

Qazaxda “Old Stars Cup” turniri keçirilib

24 avqust / 11:10 1 dəq
11 05 21 68725148 2449263992018284 6032075868363292672 o
24 avqust / 11:10
Burada sizin reklamınız ola bilər

Bu gün Qazax GİKM-nin təşkilatçılığı ilə “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə “Old Stars Cup” turniri keçirilib. 

 Qazax Gənclər Mərkəzində reallaşan bilik yarışında 14 komandadan 70 nəfər gənc öz biliyini nümayiş etdirib.
Səsləndirilən 25 sualın nəticələrinə görə, ən çox doğru cavab verən “Dejavu” komandası turnirin qalibi adını qazanıb.  “Səhərə Yaxın” komandası II, “Nobelium” komandası isə III yerlərə layiq görülüb. Qalib komanda Qazax GİKM tərəfindən kubokla mükafatlandırılıb. Bundan başqa, I, II və III yerləri tutmuş komandaların üzvləri müvafiq diplomlar və medallarla təltif olunublar.
Paylaş
Burada sizin reklamınız ola bilər