Qazaxda Molla Pənah Vaqifin 306 illiyi qeyd edilib
6 aprel 2023-cü il tarixində XVIII əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi M.P. Vaqifin anadan olmasının 306 illiyi münasibətilə M.P. Vaqif və M.V. Vidadinin Xatirə Muzeyində “Kür qırağının əcəb seyrangahı var” adlı tədbir keçirilib.
“Qərb Xəbər” bildirir ki, tədbirdə şair Bilal Qoca, Tamella Poladlı, Gülsənəm Cəlilli , Asimə Hüseyn və 1 saylı Uşaq Musiqi Məktəbinin şagirdləri iştirak edib.
Tədbiri Muzeyin direktoru Məhruzə Hüseynova açaraq qonaqlara M.P. Vaqifin həyatından ətraflı danışıb.
Daha sonra tədbir şagirdlərin sazda ifası ilə davam etdirilib.
aghstafa.mct.az




