Qazaxda kişi həyat yoldaşını baltalayıb
Qazax rayonunda həyat yoldaşını baltalayaraq ona ağır xəsarətlər yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
“Qərb Xəbər”in məlumatına görə, Qazax rayon sakini, 1982-ci il təvəllüdlü İlhamə Xasməmmədovaya baltayla ağır xəsarətlər yetirməkdə şübhəli bilinən onun həyat yoldaşı 1981-ci il təvəllüdlü Eldəniz Xasməmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.
Qeyd edək ki, onlar boşanmaq üçün məhkəməyə müraciət ediblər. Cütlüyün 2 övladı var.
Faktla bağlı araşdırma aparılır.




