Qazaxda kənd icmalarında vəkillik mövzusunda layihə start götürüb
Qazaxda “Kənd icmalarında ictimai vəkillik bacarıqlarının təkmilləşdirilməsi” layihəsi start götürüb.
“Qərb Xəbər”in məlumatına görə, layihə İnnovativ Vətəndaş Təşəbbüsləri İctimai Birliyi tərəfindən həyata keçirilir.
Layihənin keçirilməsində məqsəd yerli icmalara ölkənin iqtisadi və sosial həyatında iştirak edərək dövlətçiliyi möhkəmləndirmək, onların
vətəndaş fəallığını gücləndirmək üçün imkanlar yaratmaq və beləliklə, dövlət orqanlarını öz işlərini daha səmərəli həyata keçirməyə sövq etməkdir.
Layihə boyu kənd icmalarına ictima problemlərin müəyyən edilməsində köməklik göstəriləcək, onların həyatına müsbət təsir edəcək təşəbbüslər irəli sürüləcək, icma fəalları “İctimai İştirakçılıq Haqqında” Qanuna əsasən öz hüquq və
vəzifələri barədə maarifləndiriləcək, habelə onlar geniş sayda ictimai vəkillik vasitələri ilə tanış ediləcək.




