Bölgə xəbərləri

Qazaxda “İctimai vəkillik” mövzusunda təlimlər davam edir

13 oktyabr / 16:05 1 dəq
311291816 161588603152750 5964756679918140491 n
13 oktyabr / 16:05
Burada sizin reklamınız ola bilər

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Kənd icmalarında ictimai iştirakçılığın inkişafı” layihəsi çərçivəsində “İctimai vəkillik” mövzusunda təlimlər davam edir.

“Qərb Xəbər” bildirir ki, İnnovativ Vətəndaş Təşəbbüsləri İctimai Birliyinin keçirdiyi təlimlərin ikincisi 12.10.2022-ci il tarixində Vidadi Göşşüyev adına Çaylı kənd 1 nömrəli tam orta məktəbində baş tutub.

Qazax Rayon Təhsil Şöbəsinin tərəfdaşlığı ilə keçirilən təlim kursunda 15 kənd sakini iştirak edib.
Layihənin məqsədi ictimai iştirakçılığın artırılması ilə ölkənin siyasi, sosial-iqtisadi həyatının inkişafına, dövlətçiliyin möhkəmləndirilməsinə və dövlət orqanlarının işinin effektiv həyata keçirilməsinə dəstək olmaqdır.
Qeyd edək ki, Qazax rayonunun daha 4 kəndində “İctimai vəkillik” mövzusunda təlimlər təşkil ediləcək.
Paylaş
Burada sizin reklamınız ola bilər