Qazaxda elektrik cərəyanı bir nəfərin həyatına son qoyub
Qazax rayonunda ehtiyatsızlıq edən yerli sakini elektrik cərəyanı vuraraq öldürüb.
“Qərb Xəbər” in məlumatına görə, hadisə Canallı kəndində qeydə alınıb. Rayon sakini, 1993-cü il təvəllüdlü M.Əlizadə avtomobilini yuyan zaman elektrik cərəyanı onu vuraraq öldürüb.
Faktla bağlı araşdırmalara başlanılıb.




