Bölgə xəbərləri

Qazaxda bazarında da məhdudiyyətlər tətbiq olunub

24 mart / 12:59 2 dəq
IMG 20200324 WA0004
24 mart / 12:59
Burada sizin reklamınız ola bilər

“Qərb Xəbər”saytının əməkdaşları Qazax rayon Mərkəzi Bazarında olublar. Covid-19 virusunun qarşısının alınması üçün Operativ Qərargahın qəbul etdiyi qərarların burada necə icra olunduğunu araşdırıblar.

Məlumata görə, hazırda yalnız ərzaq məhsulları satan piştaxtalar fəaliyyət göstərir. Qeyri-ərzaq məhsulları satan piştaxta və dükanlar bağlanılıb. Karantin rejiminə əməl olunur.

Bunun özü də çətinlik yaradır, hər hansı bir parçaya, geyim məhsuluna ehtiyacı olan vətəndaşlar çaş-baş qalıb. Əməkdaşlarımızla söhbət əsnasında vətəndaşlar bunlara da bir şəkildə əlçatımlılıq yaradılmasının yaxşı olacağını vurğulayıblar.

Qeyd edək ki, dünyada yayılmış koronavirus (COVİD-19) pandemiyası ilə mübarizədə müxtəlif ölkələrin təcrübəsini nəzərə alaraq, əhalinin sağlamlığının qorunmasını ali məqsəd kimi qəbul edərək, koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Sanitariya-epidemioloji salamatlıq haqqında Qanununun 25-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilib.

Paylaş
Burada sizin reklamınız ola bilər