Qazaxda baş verən hadisə ilə bağlı cinayət işi başlanılıb
Qazaxda ölümlə nəticələnən yol qəzası ilə bağlı ibtidai istintaq aparılır.
Faktla bağlı Qazax Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.
Hadisə rayonun Aslanbəyli kəndində qeydə alınıb. Hərəkətdə olan “VAZ-2106” markalı avtomobilin idarəetmədən çıxaraq, yol kənarındakı çay evinin müştərilərini vurması nəticəsində 4 nəfər – sürücü, 85 yaşlı Bəhrəmquliyev Osman İsmayıl oğlu və çay evindəki daha 3 müştəri xəsarət alıb.
Yaralılar xəstəxanaya çatdırılıb. Hadisə zamanı xəsarət alan 88 yaşlı Nəsibov Ziyad Yusif oğlu xəstəxanada ölüb.




