Bölgə xəbərləri

Qazaxda baramaçılığın inkişafı məqsədilə iki min ədəd tut tingi əkilib

27 dekabr / 09:57 1 dəq
84472e671feafb3bf1b9e0d9e4fd9e3a
27 dekabr / 09:57
Burada sizin reklamınız ola bilər

Qazax rayonunda baramaçılığın keçmiş şöhrətinin qaytarılması istiqamətində mühüm işlər görülür.

“Qərb Xəbər” bildirir ki, rayonun Aşağı Salahlı kəndində 1500 ədəd, Yuxarı Salahlı kəndində 300 ədəd, Kosalar kəndində 200 ədəd olmaqla, iki min ədəd tut tingi əkilib.

Ting əkiləcək sahələrə əvvəlcədən aqrotexniki qulluq göstərilib, malalama aparılıb, gübrə verilib. Tinglərin əkinində mütəxəssislər yaxından iştirak edib. Tut bağlarının uzunmüddətli yetişdirilməsi üçün dayanıqlı su təminatı nəzərdə tutulub.

 

Paylaş
Burada sizin reklamınız ola bilər