Qazaxda 43 yaşlı kişi intihar edib
Qazax rayonunda yerli sakin özünü yarımçıq tikilinin çardağından asaraq intihar edib.
“Qərb xəbər”in məlumatına görə, hadisə rayonun Orta Salahlı kəndində qeydə alınıb.
Qazax rayon sakini, 1980-ci il təvəllüdlü Zaur Vaqif oğlu Şıxıyev həyətlərindəki yarımçıq tikilinin çardağından asaraq intihar edib.
Onun subay olduğu, ata-anası ilə birgə yaşadığı və özünə qapanmaları olduğu bildirilir.
İntiharın səbəbi araşdırılır.




