Qazax GİKM-nin növbəti təqdimatı reallaşıb
Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin orta ümumtəhsil məktəblərində təqdimat mərasimlərinin keçirilməsi davam edir. Bu gün Qazax şəhər S.Vurğun adına 2 saylı tam orta məktəbdə növbəti təqdimat reallaşıb.
Mərkəzin direktoru İsmayıl Süleymanov əvvəlcə Azərbaycan Respublikasının Gənclər Fondunun fəaliyyəti, onun gənclərin hərtərəfli inkişafı yönündə həyata keçirdiyi işlər barədə məlumat verdikdən sonra Gənclərin İnkişaf və Karyera Mərkəzi, eləcə də, onun yerli nümayəndəliyi olaraq Qazax GİKM haqqında danışıb. Şagirdləri maraqlandıran suallar cavablandırılıb. Yekun olaraq məktəbin direktoru Murğuz Mustafayev Qazax GİKM-nin gənclərin inkişafında müsbət dəyişikliklər edəcəyinə inandığını bildirib.
Bu tipli tədbirlərin keçirilməsində əsas məqsəd orta məktəb şagirdlərinə mərkəzin fəaliyyəti barədə məlumat vermək, onları mərkəzin nəzdində yaradılacaq kursların və digər dərnəklərin fəaliyyətində aktiv iştiraka dəvət etməkdir.





