Hadisə

Qazağın bu kəndlərində təbii qaz olmayacaq

20 iyul / 23:11 1 dəq
Təbii qaz
20 iyul / 23:11
Burada sizin reklamınız ola bilər

Qazaxın bəzi kəndlərində qazın verilişi dayandırılıb.

Qerbxeber.com  Report-a istinadən məlumatına görə, rayonunun Qaymaqlı, Birinci Şıxlı, İkinci Şıxlı, Kəmərli, Aslanbəyli və Yuxarı Salahlı kəndlərində mavi yanacağın verilişində məhdudiyyətlər yaranıb.

Buna səbəb kimi Qazax-Saquramo qaz boru kəmərində yaranan sızma göstərilir.

Qeyd edək ki, hazırda problemin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Sözügedən kəndlərdə ümumilikdə 4 500-dən çox abonent var.

Paylaş
Burada sizin reklamınız ola bilər