Siyasət

Qarabağın erməni sakinlərinin nümayəndələri ilə yaxın vaxtlarda yenidən görüş keçiriləcək

21 sentyabr / 16:08 1 dəq
Indir 2023 09 21T115708.492
21 sentyabr / 16:08
Burada sizin reklamınız ola bilər

Qarabağın erməni sakinlərinin təmsilçiləri ilə tezliklə növbəti görüşün keçirilməsi barədə razılıq əldə edilib.

“Qərb Xəbər” bildirir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının açıqlamasında deyilir.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının dəvəti əsasında 2023-cü il sentyabrın 21-də Yevlax şəhərində Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş məsul şəxs Ramin Məmmədov Qarabağın erməni sakinlərinin təmsilçiləri qismində Sergey Martirosyan və David Melkumyan ilə görüşüb.

Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin Rusiya tərəfinin rəhbəri kontr-admiral Oleq Semyonov iştirakçı qismində görüşə qatılıb.

Paylaş
Burada sizin reklamınız ola bilər