Kateqoriyasız

“Qarabağ”ın 7 futbolçusu turun rəmzi komandasına düşüb

16 aprel / 16:49 1 dəq
907acc05 0ec6 47ae a5fe f057915592f4
16 aprel / 16:49
Burada sizin reklamınız ola bilər

Futbol üzrə Azərbaycan Premyer Liqasının XXIV turunun rəmzi komandası açıqlanıb.

Peşəkar Futbol Liqasının rəsmi saytı yazır ki, “InStat” şirkətinin təhlilinə əsasən, “11-liy”ə “Qarabağ”dan 7, “Qəbələ” və “Zirə”nin hər birindən 2 futbolçu düşüb.

Qapıçı: Vaqner da Silva (“Qarabağ”) – 3

Müdafiəçilər: Donald Qerye (“Qarabağ”) – 6, Rəşad Sadıqov (“Qarabağ”), Bəxtiyar Həsənalızadə (“Zirə”) – 2, İlkin Qırtımov (“Zirə”) – 4

Yarımmüdafiəçilər: Abdullah Zubir (“Qarabağ”) – 8, Riçard Almeyda (“Qarabağ”) – 4, Markos Madera (“Qarabağ”) – 5, Davit Volkovi (“Qəbələ”) – 2

Hücumçular: Mahir Mədətov (“Qarabağ”) – 7, Ceyms Adeniyi (“Qəbələ”) – 7

Həftənin oyunçusu isə “Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeyda seçilib. Millinin üzvü “Sabah”a qarşı görüşdə 79 dəqiqə meydanda olub və 1 qolla yadda qalıb.

Qeyd edək ki, futbolçunun adının qarşısındakı rəqəm rəmzi komandaya düşmə sayını göstərir. “Qarabağ” son turda “Sabah”ı 3 cavabsız qolla məğlub edərək vahid lider olub.

Paylaş
Burada sizin reklamınız ola bilər