Qarabağdan böyük axın var – Baqratyan
“Ermənistanın keçmiş baş naziri Hrant Baqratyan Azadlıq meydanında çıxışına bəd xəbərlə başlayıb”.
Bu barədə “Hraparak” qəzeti yazıb.
Nəşr bildirib ki, H.Baqratyan ermənilərin Qarabağdan köç etdiyini açıqlayıb:
“Qarabağdan pis xəbərim var. Oranı tərk edənlərə icazə verilir, daşınma üçün avtobus da var. Bu, artıq böyük problemə çevrilib. Çünki Qarabağdan böyük axın var”, – Baqratyan vurğulayıb.
Qeyd edək ki, Xankəndidə gizlənmiş Ruben Vardanyan da son vaxtlar Laçın postundan keçən ermənilərin sayında artım olmasından narahatlığını dilə gətirib və bunun Qarabağdan köç olduğunu deyib.




