Xəbər

“Qarabağ” Konfrans Liqasının pley-off mərhələsində qələbə qazanıb

17 fevral / 10:15 1 dəq
63ee869db9b7463ee869db9b75167657641363ee869db9b6f63ee869db9b71
17 fevral / 10:15
Burada sizin reklamınız ola bilər

Azərbaycan çempionu “Qarabağ” dünən növbəti avrokubok matçına çıxıb.

“Qərb Xəbər”in  məlumatına görə, Qurban Qurbanovun yetirmələri Konfrans Liqasının pley-offunda ilk oyununu keçirib.

Ağdam klubu Belçikanın “Gent” klubunu qəbul edib.

Oyunun ilk hissəsi qolsuz başa çatıb.

İkinci hissədə hücumlarının kəsərini artıran “köhlən atlar” 52-ci dəqiqədə 11 metrlik cərimə zərbəsi qazanıb.

Lakin hücumçu Ramil Şeydayev bu imkandan yararlana bilməyib.

Matçın 78-ci dəqiqəsində yarımmüdafiəçi Leandro Andrade topu rəqib qapısından keçirib – 1:0.

Beləlikə oyun minimal hesabla Azərbaycan təmsilçisinin xeyirinə başa çatıb.

Qeyd edək ki, komandalar arasında cavab görüşü fevralın 23-də keçiriləcək.

Konfrans Liqası
Pley-off mərhələsi
İlk oyun
16 fevral
21:45. “Qarabağ” (Azərbaycan) – “Gent” (Belçika) – 1:0
Qol: 
Andradi, 78

Paylaş
Burada sizin reklamınız ola bilər