Hadisə

“Qanunsuz erməni dəstələrinin mövqeləri hədəfə alınıb” – Rəsmi

12 mart / 10:39 1 dəq
Mudafie nazirliyi
12 mart / 10:39
Burada sizin reklamınız ola bilər

Azərbaycan Ordusu Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi bölgədən atəş açan erməni silahlılarının döyüş mövqelərinə qarşı adekvat cavab tədbirləri görüb.

Qərb Xəbər məlumat verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı açıqlamada deyilir.

Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən ordumuzun Ağdam, Xocavənd və Xocalı rayonları istiqamətlərində yerləşən mövqeləri fasilələrlə müxtəlif çaplı silahlardan atəşə tutulub.

Qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən dərhal adekvat cavab tədbirləri görülüb. Tədbirlər çərçivəsində yalnız qanunsuz dəstə üzvlərinin döyüş mövqeləri hədəfə alınıb.

qerbxeber.com

Paylaş
Burada sizin reklamınız ola bilər