Kateqoriyasız

Qənirə Paşayeva şəhid ailələri ilə bağlı müraciət edib

21 may / 16:35 2 dəq
A75a7ab3 838d 4c68 bc89 9b1001ba826e
21 may / 16:35
Burada sizin reklamınız ola bilər

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva icra başçılarına çağırış edib.

Reportun xəbərinə görə, parlamentin bu gün keçirilən plenar iclasında çıxış edən komitə sədri bildirib ki, bölgələrdə şəhid ailələrinin işlə təmin olunmasına önəm vermək lazımdır.

“Mən bununla bağlı yerli icra hakimiyyəti orqanlarının rəhbərliyinə çağırış edirəm”, – o vurğulayıb.

Q.Paşayeva qeyd edib ki, şəhid ailələri və qazilərin işlər təmin olunması vacib məsələdir: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu istqamətdə işlər görür. Ancaq hər bir sahibkar, dövlət qurumu bu çağırışıma qoşulmalıdır”.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev isə bildirib ki, bu istqamətdə işlər görülür: “Düzdür, bəzi problemlər var. Birinci və İkinci Qarabağ müharibəsi şəhidinin ailəsi anlayışı yoxdur. Ümumilikdə şəhid ailəsi var. Onların mənzil təminatının yaxşılaşdırılması ilə bağlı hazırda işlər gedir”.

Paylaş
Burada sizin reklamınız ola bilər