Hadisə

Putin qədim olimpiya qaydalarına riayət edirmiş

17 fevral / 21:38 2 dəq
2022 02 04T090014Z 1624868343 RC2VCS95TJ9M RTRMADP 3 OLYMPICS 2022 PUTIN GAS
17 fevral / 21:38
Burada sizin reklamınız ola bilər

Fevralın 16-da Rusiyanın Ukraynanı işğal edəcəyi ilə bağlı ehtimallar şişirdilmişdi. Əsas diqqət 20 fevral və ondan sonrakı günlərə verilməlidir.

Bunu, ABŞ Hərbi-dəniz Təhlili Mərkəzinin baş elmi işçisi Maykl Kofman deyib.

Mütəxəssis öz mülahizələrini dəstəkləmək üçün bir neçə faktoru qeyd edib: “Bəzi məlumatlara görə, Rusiya-Belarus hərbi təlimləri bu tarixlərdə başa çatmalıdır. Belarusun müdafiə departamenti bəyan etmişdi ki, təlimlərdən sonra bütün rus əsgərləri respublika ərazisini tərk edəcəklər. Bu, onların yalan danışıb-danışmadığını öyrənmək üçün
faydalı bir tarixdir”.

Daha bir vacib faktor Ukrayna prezidenti Vladimir Zelenskinin də
qatılacağı Münhen Təhlükəsizlik Konfransının başa çatmasını gözləməkdir: “Fevralın 20-də Pekin Olimpiadası da başa çatır və Putin Çin liderini narahat etməmək üçün bağlanış mərasiminə qədər işğala başlamayacaq”.

Xatırladaq ki, qədim Yunanıstanda olimpiya oyunları müddətində müharibələr dayandırılırdı.

Paylaş
Burada sizin reklamınız ola bilər