Siyasət

Prezidentin köməkçisi: Silahı yerə qoyan hərbçilər azaddırlar

22 sentyabr / 14:01 1 dəq
650d632b50bb5650d632b50bb61695376171650d632b50bb2650d632b50bb3
22 sentyabr / 14:01
Burada sizin reklamınız ola bilər

“Biz könüllü və fərdi seçim əsasında Xankəndi-Laçın yolu ilə mülki şəxslərin şəxsi avtomobilləri ilə hərəkətinin təhlükəsizliyini təmin edirik”.

“Qərb Xəbər” bildirir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezidentin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı Ofisi, həmçinin digər beynəlxalq tərəfdaşlarla görüşünə dair “X” platformasında qeyd edib.

Hikmət Hacıyev bildirib ki, getmək istəyənlər əsasən hərbi qulluqçuların ailə üzvləridir.

“Könüllü surətdə silahı yerə qoyan hərbçilər açıq şəkildə bəyan etdiyimiz kimi azaddırlar”, – Prezidentin köməkçisi əlavə edib.

Paylaş
Burada sizin reklamınız ola bilər