Bölgə xəbərləri

Prezidentin Gədəbəyə təyin etdiyi gənc icra başçısı kimdir?

11 avqust / 13:52 1 dəq
62f4c0ecb893762f4c0ecb8938166020734062f4c0ecb893462f4c0ecb8935
11 avqust / 13:52
Burada sizin reklamınız ola bilər

Bu gün Prezident İlham Əliyev Gədəbəy rayonuna yeni icra başçısı təyin edib.

Belə ki, dövlət başçısının imzaladığı sərəncama əsasən, Orxan Çingiz oğlu Mürsəlov Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı posuna gətirilib.

“Qərb Xəbər” “Lent.az”a istinadən xəbər verir ki, O.Mürsəlov yeni təyinatadək Prezident Administrasiyasında baş məsləhətçi kimi çalışıb.

O, PA-da Ərazi-təşkilat məsələləri şöbəsində 8-ci ərazi sektorunun Baş məsləhətçisi vəzifəsini tutub.

Vəzifədə ikən administrasiyada qərb bölgəsinin kuratoru kimi mütəmadi olaraq Samux, Ağstafa, Qazax, Gədəbəy və digər rayonlardakı tədbirlərdə iştirak edib.

Qeyd edək ki, Gədəbəyin icra başçısı postu 2021-ci il oktyabrın 5-dən boş qalmışdı.

Paylaş
Burada sizin reklamınız ola bilər