Dünya

Prezident Tramp Yaxın Şərq turuna çıxır

12 may / 08:58 2 dəq
Tramp
12 may / 08:58
Burada sizin reklamınız ola bilər

ABŞ prezidenti Donald Tramp mayın 13-dən 16-na kimi baş tutacaq Yaxın Şərq turuna başlayacaq.

Qerbxeber.com“Report” -a istinadən xəbər verir ki, o, Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edəcək.

Aprelin sonunda Papa Fransiskin dəfn mərasimi üçün Romaya qısa səfərdən sonra, bu, prezidentin yanvarın 20-də vəzifəyə başladıqdan sonra ilk rəsmi xaricə səfəridir.

Trampın Ər-Riyadda ABŞ və Körfəz Əməkdaşlıq Şurasının sammitində iştirak edəcəyi gözlənilir. Amerika mətbuatının yazdığına görə, prezident ABŞ-nin Yaxın Şərqdəki rolu və məqsədləri ilə bağlı öz baxışını təqdim edəcək.

Turun əsas məqsədlərindən biri iqtisadi sövdələşmələr bağlamaq və Amerika iqtisadiyyatına investisiya cəlb etmək olacaq. Fələstin-İsrail münaqişəsinin həllinin də müzakirə olunacağı gözlənilir. Qətər İsrail və Fələstinin radikal HƏMAS hərəkatı arasında aparılan danışıqlarda əsas vasitəçidir.

Bundan əlavə, Tramp dünya neft qiymətlərini müzakirə etməyi planlaşdırır: ABŞ-nin iqtisadi artım tempini sürətləndirmək üçün onların azaldılması administrasiyanın əsas vəzifələrindən biridir.

Paylaş
Burada sizin reklamınız ola bilər