Dünya

Polşa dron əleyhinə mübarizədə Ukrayna ilə əməkdaşlıq edəcək

12 sentyabr / 08:56 1 dəq
Dron əleyhinə
12 sentyabr / 08:56
Burada sizin reklamınız ola bilər

Polşa dron əleyhinə sistemlərin hazırlanması üzrə Ukrayna ilə dərhal əməkdaşlığa başlayacaq.

Bu barədə jurnalistlərə ölkənin baş naziri Donald Tusk məlumat verib.

“Biz həmçinin Ukrayna ilə anti-dron sistemləri kontekstində sıx əməkdaşlıq edəcəyik. Dünən telefonla danışdığım Volodimir Zelenskinin təklifini məmnuniyyətlə qəbul etdim. Mən artıq texniki detallar haqqında danışmışam. Bu gün xarici işlər naziri Radoslav Sikorski Kiyevə getdi. Çərşənbə axşamı baş nazirin müavini, milli müdafiə naziri Vladislav Kosiniak-Kamış ora gedəcək və hazırda bu mövzunu ən yaxşı bilənlər, mütəxəssislər, Ukraynadakı təcrübənin Polşaya köçürülməsini müzakirəe dirlər.”, – Tusk deyib.

Paylaş
Burada sizin reklamınız ola bilər