Kateqoriyasız

Polis qərb bölgəsində reyd keçirib

15 aprel / 12:09 2 dəq
4774f264 370f 39bc b0ab 013685b8d13a
15 aprel / 12:09
Burada sizin reklamınız ola bilər

Yol hərəkət iştirakçılarını əhatə edən maarifləndirmə və nəzarət-profilaktik tədbirlər çərçivəsində aprel ayının 9-dan başlayaraq Gəncə, Ağdam, Ağdaş, Ağstafa, Qazax, Qəbələ, Zərdab, Göygöl, Neftçala, Oğuz, Samux, Salyan, Tərtər, Tovuz, Xızı, Hacıqabul, Cəlilabad, Şamaxı və Şəki şəhər rayon polis orqanlarının Dövlət Yol Polisi qurumlarının əməkdaşları tərəfindən yollarda piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədi ilə tədbirlər təşkil olunub.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

Piyada keçidlərindən istifadə etməyərək öz həyat və sağlamlıqları ilə yanaşı digər hərəkət iştirakçılarına da təhlükə yaradan piyadalar saxlanılaraq onlarla maarifləndirici söhbətlər aparılıb, kobud formada qayda pozuntusuna yol verən piyadalar barəsində inzibati xəta haqqında protokollar tərtib edilib.

Bununla yanaşı, qanunla nəzərdə tutulmuş hallarda yollarda piyadalara yol verməyən sürücülər də müəyyən edilərək barələrində inzibati tənbeh tədbirləri görülüb, yol hərəkəti qaydalarına riayət etməyin vacibliyi bir daha onların diqqətinə çatdırılıb.

Paylaş
Burada sizin reklamınız ola bilər