Bölgə xəbərləri

Qazax rayon Daş Salahlı və Çaylı bələdiyyələri cərimələndi

21 iyul / 12:08 1 dəq
64ba1c96b5f6d64ba1c96b5f6e168991861464ba1c96b5f6a64ba1c96b5f6b
21 iyul / 12:08
Burada sizin reklamınız ola bilər

Sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması, ətraf mühitin mühafizəsinin təmini məqsədilə Qazax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən növbəti tədbir keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Qərb Xəbər”ə verilən məlumata görə, keçirilən nəzarət tədbiri zamanı rayonun Daş Salahlı və Çaylı kəndi ərazisində sənaye və məişət tullantılarının qalaqlanması, eləcə də yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub. Aşkar olunmuş faktlarla bağlı həmin kəndinlərin bələdiyyə sədrləri barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsi ilə protokol tərtib olunub və o, inzibati məsuliyyətə cəlb edilib.

Paylaş
Burada sizin reklamınız ola bilər