Dünya

Paşinyan: Rusiya Ermənistanın müdafiə sektorunda əsas tərəfdaşı ola bilməz

2 fevral / 09:11 1 dəq
65bbcb36a49fd65bbcb36a49fe170680607065bbcb36a49fb65bbcb36a49fc
2 fevral / 09:11
Burada sizin reklamınız ola bilər

Rusiya bir neçə səbəbə görə Ermənistanın müdafiə və hərbi-texniki sahədə əsas tərəfdaşı ola bilməz.

“Qərb Xəbər” məlumat verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin İctimai Radisosuna müsahibəsində bildirib.

“Biz həqiqətən kiminlə hərbi-texniki və müdafiə əlaqələri saxlaya biləcəyimizi başa düşməliyik. Əvvəllər bu problem sadə idi, çünki belə bir sual və konsepsiyanın yaradılmasında heç bir çətinlik yox idi. Əvvəllər müdafiə sektorunda münasibətlərimizin 95-97 faizi Rusiya Federasiyası ilə idi”, – deyə hökumət başçısı bildirib.

Paylaş
Burada sizin reklamınız ola bilər