Paşıiyan katolikosa şərt qoydu: Ya istefa, ya həbs?
Ermənistan Baş naziri Nikol Paşinyan şərt qoyub ki, ya ermənilərin bütün katolikosu könüllü vəzifəsini tərk edəcək, ya da həbs olunacaq.
Qerbxeber.com Teleqraf -a istinadən xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti məlumat yayıb.
Erməni nəşri yazır ki, Nikol Paşinyan dayanmayacaq, kilsəyə qarşı başladığı kampaniyanı sona qədər aparacaq:
“Hakim “Vətəndaş Müqaviləsi” Partiyasından əldə etdiyimiz məlumata görə, Şirak yeparxiyasının rəhbəri arxiyepiskop Mikayel Ajapaxyanın həbsi din adamları arasında sonuncu olmayacaq, yaxın gələcəkdə geniş miqyasda davam edəcəkdir. Mənbələrimizin sözlərinə görə, Nikol Paşinyan geri çəkilməyəcək. Onun məqsədi nəyin bahasına olur-olsun II Qaregini Ali Patriarxlıqdan uzaqlaşdırmaqdır. Baş nazir dayanmamaq qərarına gəlib.
Mənbələr deyirlər ki, Ajapaxyanın həbsi hakimiyyət üçün böyük qələbədir. Paşinyan öz komandasına II Qareginin vəzifədən uzaqlaşdırılması planının artıq yekunlaşmaq üzrə olduğunu bildirib.
Müvafiq olaraq, əvvəlcə katolikosun yaxın çevrəsindəki din adamlarını həbs edəcəklər. Bundan sonrakı hədəf arxiyepiskop Arşak və Quqarat yeparxiyasının primatıdır. Paşinyanın ssenarisinə görə, bundan sonra II Qaregin könüllü olaraq gedəcək, əks halda, o da həbs ediləcək”.




