Siyasət

Parlament seçkilərində beynəlxalq müşahidəçilərin sayı

23 yanvar / 11:36 1 dəq
Ax 2018 04 09 secki1
23 yanvar / 11:36
Burada sizin reklamınız ola bilər

Hazırda olan məlumata görə, Azərbaycanda fevralın 9-na təyin edilmş növbədənkənar parlament seçkilərini müşahidə etmək üçün 210-dan çox beynəlxalq müşahidəçi akkreditasiya olunub.

Bunu Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov deyib.

R.Qasımov bildirib ki, beynəlxalq müşahidəçilər müraciətlərini ünvanlamaqda davam edirlər: “Ümid edirik ki, beynəlxalq müşahidəçilərin sayı daha da artacaq. Bildiyiniz kimi, seçkilərdə bütün respublika ərazisində müşahidə aparmaq üçün ərzizələr Mərkəzi Seçki Komissiyasına səsvermə gününə 10 gün qalmışa qədər davam edir. Beynəlxalq müşahidəçilərin də akreditasiyası həmin günə qədər davam edəcək və bu günlədə onların sənədlərinin Mərkəzi Seçki Komissiyasına daxil olması daha da intensivləşəcək”.

Paylaş
Burada sizin reklamınız ola bilər