Hadisə

Ötən gün vətəndaşlardan avtomat və pulemyot götürülüb

12 dekabr / 09:15 1 dəq
Indir 2023 12 12T091529.743
12 dekabr / 09:15
Burada sizin reklamınız ola bilər

Ötən gün vətəndaşlardan götürülən silah-sursatların sayı açıqlanıb.

Daxili İşlər Nazirliyindən (DİN) “Qərb Xəbər”ə verilən məlumata görə, dünən polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 ədəd avtomat, 1 pulemyot, 1 tapança, 3 ədəd patron darağı, 30 ədəd müxtəlif çaplı patron və 28 ədəd müxtəlif markalı tüfəng təhvil götürüblər.

Keçirilən əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 3 tüfəng götürülüb.

Paylaş
Burada sizin reklamınız ola bilər