Siyasət

Orduda birləşmənin komanda-qərargah təlimi keçirilib

11 yanvar / 10:14 1 dəq
6E37B81F 50C2 4F48 BE20 A2ED5620EE17
11 yanvar / 10:14
Burada sizin reklamınız ola bilər

Döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunda birləşmənin ərazidə komanda-qərargah təlimi keçirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Təlim-döyüş siqnalı ilə qaldırılan bölmələr təyin olunmuş rayonlarda cəmləşərək ərazidə idarəetmə orqanlarının açılması ilə döyüşə hazırolma vəziyyətinə gətirilib.

Təlimin keçirilməsində əsas məqsəd hərbi hissənin müxtəlif döyüşə hazırolma vəziyyətlərinə gətirilməsi zamanı qərargahın fəaliyyətini və bölmələr arasında qarşılıqlı əlaqəni təkmilləşdirmək, eləcə də komandirlərin döyüşdə bölmələri idarəetmə qabiliyyətini və çevik qərar qəbuletmə bacarıqlarını artırmaqdır.

Bildirilir ki, təlimdə şəxsi heyət qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə icra edib.

Paylaş
Burada sizin reklamınız ola bilər