Orban: Aİ Ukraynada məcburi səfərbərliyə etiraz etməlidir
Macarıstanın Baş naziri Viktor Orban Avropa İttifaqını Ukraynada aparılan məcburi səfərbərlik siyasətinə qarşı çıxmağa çağırıb.
Qerbxeber.com APA-ya istinadən xəbər verir ki, o, bu fikri “Magyar Nemzet” qəzetinə verdiyi açıqlamada səsləndirib.
“Biz Brüsselin qapısını döyürük və tələb edirik ki, Ukraynada məcburi hərbi səfərbərliyə qarşı mövqe bildirilsin”, – deyə Orban vurğulayıb.




