Ölkənin avtomobil yollarındakı vəziyyət
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ölkənin avtomobil yollarının hazırkı vəziyyətini açıqlayıb.
Məlumatı təqdim edirik:
| S/s | Yolun adı (istiqamətlə) | Mövcud vəziyyəti |
| 1 | Bakı – Quba – Rusiya Federasiyası ilə dövlət sərhədi | Yağıntı yoxdur, Quba rayonu ərazisində 3-4 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. |
| 2 | Giləzi – Xızı | Yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. |
| 3 | Bakı – Qobustan | Yağıntı yoxdur, Qobustan rayonu ərazisində 2-3 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. |
| 4 | Qobustan – Şamaxı – Muğanlı | Yağıntı yoxdur, Qobustan və Şamaxı rayonları ərazisində 3-4 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. |
| 5 | Muğanlı – Ağsu – Yevlax | Yağıntı yoxdur, Muğanlı-Ağsu ərazisində 3-4 dərəcə şaxta var. Ağsu dolaylarında gecə saatlarında buzlaşma olub, yola qum-duz səpilib və hazırda da bu istiqamətdə işlər davam etdirilir. |
| 6 | Bakı – Ələt – Hacıqabul | Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. |
| 7 | Hacıqabul – Ucar – Yevlax | Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.b |
| 8 | Yevlax – Gəncə – Qazax -Gürcüstan Respublikası ilə dövlət sərhədi | Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. |
| 9 | Muğanlı – İsmayıllı | Yağıntı yoxdur, İsmayıllı rayonu ərazisinə 5-6 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq buzlaşmaya qarşı körpülərə, sərt döngələrə və yolun meşə zolağından keçən hissələrinə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. |
| 10 | İsmayıllı – Qəbələ – Oğuz – Şəki | Yağıntı yoxdur, İsmayıllı rayonu ərazisində 5-6 dərəcə, Qəbələ rayonu ərazisində 3-4 dərəcə şaxta var. Gecə saatlarında güclü şaxta olub, buzlaşmaya qarşı körpülərə, döngələrə və yolun meşə zolağından keçən hissələrinə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. |
| 11 | Şəki – Qax – Zaqatala – Gürcüstan Respublikası ilə dövlət sərhəd | Yağıntı yoxdur, Qax rayonu ərazisinə 1-2 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. |
| 12 | Yevlax – Şəki (Göybulaq) | Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. |
| 13 | Gəncə-Daşkəsən-Xoşbulaq | Yağıntı yoxdur, gecə saatlarında 12-16 dərəcə şaxta olub, duz-qum səpilib və bu istiqamətdə işlər davam etdirilir. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub. |
| 14 | Şəmkir – Gədəbəy | Yağıntı yoxdur, gecə saatlarında 10-15 dərəcə şaxta olub, duz-qum səpilib və bu istiqamətdə işlər davam etdirilir. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub. |
| 15 | Ələt – Astara – İran İslam Resp. ilə dövlət sərhədi | Marşrut boyu yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. |
| 16 | Masallı – Yardımlı | Yağıntı yoxdur, Yardımlı rayonu ərazisində 3-4 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yolun buz bağlamış hissələrinə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. |
| 17 | Lənkəran – Lerik | Yağıntı yoxdur, 2-3 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yolun buz bağlamış hissələrinə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. |
| 18 | Hacıqabul – Bəhramtəpə – Horadiz | Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır. |




