Sosial

Növbəti köç karvanı Şuşa şəhəri olub

15 may / 08:30 1 dəq
66437628e724966437628e724a171569719266437628e724766437628e7248
15 may / 08:30
Burada sizin reklamınız ola bilər

Mayın 14-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Şuşaya çatıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Qerbxeber.com verilən xəbərə görə, bu mərhələdə şəhərə köçürülən 136 nəfərdən ibarət 38 ailəyə mənzillərin açarları təqdim edilib.

Mərasimdə Şuşa şəhərində Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəsi Aydın Kərimov və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Şuşaya daimi yaşayış üçün köçürülən ailələrə yeni tikilmiş binalarda mənzil verilir. İndiyədək şəhərdə 58 ailə (224 nəfər) mənzillə təmin edilib. Köçürülmə prosesi davam edəcək.

Paylaş
Burada sizin reklamınız ola bilər