Bölgə xəbərləri

Nikol Paşinyan Qazaxın 7 kəndi və Kərki kəndini qaytarmağa hazır olduqlarını bildirib

8 may / 12:27 3 dəq
Paşinyan
8 may / 12:27
Burada sizin reklamınız ola bilər

Paşinyan “Azadlıq radiosu”na müsahibəsində 8 kəndi – Qazaxın 7 kəndi və Kərki kəndini qaytarmağa hazır olduqlarını bildirib, lakin bir şərtlə ki, Azərbaycan da “erməni kəndləri”ni təhvil verməlidir: onun iddiasına görə, “Berkaber, Vazaşen, Ayqeovit, Paravakar kəndləri Azərbaycanın nəzarətindədir”;
Nikol hansı əraziləri nəzərdə tutur?
Berbaker kəndi – əsl adı Bibiş: qədim adı Coğaz ola Bibiş kəndində 1988-89-cu illərdə azərbaycanlılar yaşayırdı, Qarabağda erməni separatizmi başlayanda soydaşlarımız deportasiyaya məruz qaldı;
Vazaşen – əsl adı Lələkənd: tarixi Azərbaycan torpağı olan bu kəndin adı 1978-ci ildə Ermənistan SSR-nin qərarı ilə dəyişdirilərək, Vazaşen qoyulub.
Ayqeovit – əsl adı Uzuntala, yaxud Hönüt: kənd 1967-ci ilə qədər Uzuntala, 1969-cu ilə qədər Hönüt adlanıb, daha sonra ermənilər öz qondarma adlarını veriblər;
Paravakar – əsl adı Tatlı: kənd Ermənistan SSR yaranandan sonra tədricən ermənilərin məskunlaşdığı əraziyə çevrilib;
Azərbaycanın tarixi torpaqları olan bu ərazilər əslində birbaşa bizim nəzarətimizdə deyil, mövcud sərhəd xəttində yerləşir. Paşinyanın istəyi əslində Azərbaycan ordusunun geri çəkilməsi və bu kəndlərin üzərindəki nəzarətin aradan qalxmasıdır. Diqqətçəkən məqamlardan biri Paşinyanın “Azərbaycanda qalan ərazilər” iddiasında Gədəbəyin Başkənd kəndinin adını çəkməməsidir. Başkənd Azərbaycan torpağıdır, lakin SSRİ dövründə burada ermənilər yaşadığı üçün “erməni anklavı” kimi qəbul olunurdu. 1992-ci ildə ordumuz kəndə nəzarəti bərpa etdi. Ermənistan zaman-zaman Başkəndin onlara məxsus olduğunu iddia edir, 8 kəndin qaytarılması məsələsi gündəmə gələndə də bunu ortaya atırlar. Hərçənd, Nikolun Başkənd iddiasını yeniləməməsi maraq doğurur. Mümkündür ki, erməni baş nazir daha real hesab etdiyi əraziləri – sərhəd boyunca ordumuzun nəzarət xəttində yerləşənləri ala biləcəyini düşünür. O baxımdan, Bakının 8 kənd tələbinə qarşı bu iddianı ortaya atır.
Nikolun bu iddiası sərhədin 1975-ci il xəritəsinə uyğun müəyyən edilməsinə hesablanıb. Bu isə xəritələrin saxlanıldığı Rusiya masasının əhəmiyyətini artırır, hərçənd, rəsmi Bakının mövqeyi əsrin əvvəlindəki xəritələrin əsas götürülməsidir. 8 kəndin taleyinin hərbi müstəvidə həll edilməsi variantı da istisna deyil.

Asif Nərimanlı

Paylaş
Burada sizin reklamınız ola bilər