Dünya

Niderland ABŞ istehsalı olan silahları birinci olaraq Ukraynaya göndərəcək

4 avqust / 23:31 1 dəq
Patriot sistemləri
4 avqust / 23:31
Burada sizin reklamınız ola bilər

Niderland Ukraynaya ABŞ istehsalı olan silah sistemlərini göndərən ilk NATO dövləti olacaq.

Qerbxeber.com APA-ya istinadən xəbər verir ki, bu barədə Niderlandın müdafiə naziri vəzifəsini icra edən Ruben Brekelmans “X”də paylaşım edib.

Onun sözlərinə görə, Niderland Ukraynaya “Patriot” zenit-raket kompleksləri, onların ehtiyat hissələri və raketlər də daxil olmaqla, ümumi dəyəri 500 milyon avro olan genişmiqyaslı silah paketi təqdim edəcək.

Paylaş
Burada sizin reklamınız ola bilər