Neft qiymətləri Qazaxda insanları ayaqlandırdı
Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 10,54 ABŞ dolları, yaxud 22,35% azalıb.
“Qərb Xəbər”in məlumatına görə, bu, Qazax rayonunda ajiotaja səbəb olub.
Belə ki, insanlar neftin ucuzlaşması xəbərlərini oxuyub ABŞ dolları almaq üçün banklara üz tutur, banklar isə maksimum 500 ABŞ dolları sata biləcəyini deyir.
Qeyd edək ki, bəzi azərbaycanlı istisadçılar neft qiymətlərinin azalmasının dövlət büdcəsinə birbaşa təsirinin cüzi olacağı, ölkədə şok effekti yaratmayacağı qənaətindədirlər.




