Kateqoriyasız

Nazirlik valideynlərini itirmiş bacı-qardaşı himayəyə götürüb

14 oktyabr / 15:06 1 dəq
56175bba bb8a 35e8 87b7 681fca709eb2
14 oktyabr / 15:06
Burada sizin reklamınız ola bilər

Gənclər və İdman Nazirliyinin kollektivi 11 oktyabra keçən gecə Ermənistan terrorçularının Gəncəyə atdıqları raket hücumu nəticəsində valideynləri Anar Əliyev və Nurçin Əliyevanı itirmiş 16 yaşlı Sevil və qardaşı 8 yaşlı Hüseyni himayəsinə qəbul edib.

Bu barədə “Report”a nazirliyin mətbuat katibi Səmayə Məmmədova məlumat verib.

Onun sözlərinə görə, qurum yetkinlik yaşlarına (18 yaş) çatana qədər uşaqların 500 manat (cəmi) aylıq təminat xərclərini öz üzərinə götürüb.

Paylaş
Burada sizin reklamınız ola bilər