Sosial

Nazirlik: “COVID-19-un yeni ştamının Azərbaycanda yayılması haqqında məlumat yoxdur”

27 dekabr / 13:21 1 dəq
5d5773d3 c82d 3729 b0df 1bdee14226cb
27 dekabr / 13:21
Burada sizin reklamınız ola bilər

COVID-19-un ABŞ-də yayılan yeni ştamının Azərbaycanda yayılması haqqında heç bir məlumat yoxdur.

Bunu “Qərb Xəbər”ə açıqlamasında Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

İnfeksionist yeni ştamla bağlı bildirib ki, yeni “JN1” ştamı “Omikron”un altnövüdür: “Sələfi olan “Pirola” ştamından yalnız yoluxuculuq sürətinə görə fərqlənir. Ümumdünya Səhiyyə Təşkilatı hələ ki bu altnövü maraq kəsb edən variant kimi dəyərləndirir. Onun daha ağır xəstəlik halları törədəcəyi təsdiq olunmur. Əksinə, son zamanlar bəzi ölkələrdə yoluxma hallarının sayında artımların olmasına baxmayaraq, ölüm hallarında azalma müşahidə edilir. Virusun bu altnövünün Azərbaycanda yayılması haqqında heç bir məlumat yoxdur”.

Paylaş
Burada sizin reklamınız ola bilər