Bölgə xəbərləri

Nazirlər Kabineti Tovuza vəsait ayırıb

25 avqust / 15:24 1 dəq
Ecc54ddb eb97 409a bde2 2dda4855094a
25 avqust / 15:24
Burada sizin reklamınız ola bilər

Baş Nazir Əli Əsədov “Azərbaycan Respublikasının Tovuz rayonunun Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən atəşə tutulması nəticəsində mülki əhaliyə dəyən zərərin aradan qaldırılması məqsədilə əlavə tədbirlərin görülməsi üçün vəsait ayrılması barədə” sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan Respublikasının Tovuz rayonunun Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən atəşə tutulması nəticəsində mülki əhaliyə dəyən zərərin aradan qaldırılması məqsədilə əlavə tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş ehtiyat fondundan Tovuz Rayon İcra Hakimiyyətinə 450.000,0 (dörd yüz əlli min) manat məbləğində vəsait ayrılıb.

Paylaş
Burada sizin reklamınız ola bilər