Kateqoriyasız

Nazir müəllim olmaq istəyən şəxslərə müraciət edib

18 mart / 16:40 1 dəq
6a6fbf28 1156 3f08 b3aa ac281cbf9842
18 mart / 16:40
Burada sizin reklamınız ola bilər

“Çalışmalıyıq ki, ən istedadlı və bacarıqlı insanlar müəllimlik peşəsini seçsinlər. Müəllim hazırlığının məzmunu ən vacib məsələdir”.

Bunu təhsil naziri Emin Əmrullayev deyib.

Nazir qeyd edib ki, müəllimlər köhnə modellə yox, gələcəyə yönələn modellə hazırlanmalıdır. O bildirib ki, müəllimlərin işə qəbulu prosesini şəffaf şəkildə təşkil etmək mümkün olub: “Sadəcə arzu edənlərlə yerlərin sayı arasında böyük fərq var. Bu da təbiidir. Çünki ən bacarıqlıları işə götürmək istəyirik. Hamını işə götürə bilmirik. 50 mindən artıq insanın hər il müəllimlik ixtisasına müraciət etməsi bu peşənin nüfuzunun artdığını göstərir”.

Paylaş
Burada sizin reklamınız ola bilər