Nərminin qətlində şübhəli bilinən şəxs saxlanılıb – Foto
Tovuz rayonunda itkin düşən və daha sonra yandırılmış meyiti tapılan 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə şübhəli bilinən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 47 yaşlı İlkin Süleymanov saxlanılıb.
“Bölgənin Səsi” saytının məlumatına görə, İlkin Süleymanov N.Quliyevanın atasının sinif yoldaşıdır.
İlkin Süleymanov hazırda Tovuz rayon Polis Şöbəsindədir. Dindirmə zamanı onun törətdiyi cinayət əməlini etiraf etdiyi bildirilir.





