Kateqoriyasız

Mülki əhalinin atəşə tutulması nəticəsində ölənlərin sayı 69-a çatıb

28 oktyabr / 11:17 1 dəq
0990ae74 406b 3a1c 9830 4562cf08f039
28 oktyabr / 11:17
Burada sizin reklamınız ola bilər

Azərbaycanın Baş Prokurorluğu Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb.

Qurumun Mətbuat xidmətinin yaydığı məlumata görə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində sentyabrın 27-dən indiyədək 69 mülki şəxs qətlə yetirilib, 322 nəfər isə yaralanıb.

Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 415, çoxmənzilli yaşayış binalarının sayı 92, yaşayış evlərinin sayı isə 2 338-dir.

Paylaş
Burada sizin reklamınız ola bilər