Elm və Texnologiya

Müəllimlərin yerdəyişməsi üzrə müsabiqənin vakansiya seçiminin nəticələri açıqlanıb

4 may / 16:37 1 dəq
15702077 4dba 4168 9deb 01d6fdf2c9e1 850 (1)
4 may / 16:37
Burada sizin reklamınız ola bilər

Aprelin 28-də və mayın 2-də keçirilən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinin nəticələri elan olunub.

Bu barədə “Qərb Xəbər”ə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Müsabiqənin vakansiya seçimi zamanı ümumilikdə 1 510 nəfər elektron yerləşdirmə nəticəsində uğur qazanıb.

Növbəti mərhələdə uğur qazanan namizədlərin sənədlərinin yoxlanılması prosesi həyata keçiriləcək.

Qeyd edək ki, uğur qazanan namizədlərin sənədləri yoxlanıldıqdan sonra uyğun namizədlər tutduqları vakansiyaya təyin olunacaq. Sənədlərin yoxlanılması prosesi ilə bağlı məlumat namizədlərin şəxsi səhifəsinə göndəriləcək.

Paylaş
Burada sizin reklamınız ola bilər