Hadisə

MSK namizədin ölümü ilə bağlı fikir bildirə bilmədi

10 fevral / 17:35 1 dəq
422253682
10 fevral / 17:35
Burada sizin reklamınız ola bilər

“101 saylı Göygöl-Daşkəsən seçki dairəsində deputatlığa namizədin vəkilinin ölməsi ilə bağlı hələlik konkret fikir bildirmək çətindir”.

Bunu jurnalistərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov bildirib.

O vurğulayıb ki, bütün bu məsələlər araşdırılacaq:

“Bu barədə məlumatlar da ilk növbədə məhz KİV-lərə çatdırılacaq”.

Sədr müavini onu da qeyd edib ki, ümumilikdə seçki prosesi rəvan, qanunvericiliyin tələblərinə uyğun şəkildə keçib:

“Ancaq neqativ hallar olmadan milyonlarla insanın cəlb olunduğu prosesi təsəvvür etmək mümkün deyil. Ən vacibi hər hansı neqativ halın baş verib-verməməsi deyil. Vacib olan odur ki, hər hansı xoşagəlməz hal olanda ona addektav cavab reaksiyası göstərilsin, müvafiq tədbir görülsün. MSK da bu addımları atacaq”.

Paylaş
Burada sizin reklamınız ola bilər