Sosial

Moskvaya uçuşların bərpası xəbəri ilə bağlı – Rəsmi açıqlama

2 aprel / 14:45 1 dəq
Azall
2 aprel / 14:45
Burada sizin reklamınız ola bilər

“Azərbaycan Hava Yolları” QSC (AZAL) bir sıra yerli KİV və sosial şəbəkələrdə Moskvaya uçuşların bərpası ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

“Qərb Xəbər” məlumat verir ki,  Qurumun Mətbuat xidmətindən bildirilib ki, yayılan məlumatlar gerçək deyil:

“Bir sıra yerli KİV və sosial şəbəkələrdə Azərbaycan aviaşirkətləri tərəfindən Moskva hava limanlarına uçuşların müəyyən tarixdən bərpası ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil.

Ölkənin aviadaşıyıcıları tərəfindən bütün reyslərin yerinə yetirilməsi haqqında etibarlı məlumatlar AZAL-ın rəsmi resurslarında yerləşdirilir”.

qerbxeber.com

Paylaş
Burada sizin reklamınız ola bilər