Dünya

Moldova və NATO rəhbərlikləri əməkdaşlığı müzakirə ediblər

12 aprel / 08:39 2 dəq
C42aa5a0 28e2 33d8 a212 1d74ebc2870c
12 aprel / 08:39
Burada sizin reklamınız ola bilər

Moldova Milli Ordusunun komandanı briqada generalı Eduard Oxladçuk Belçikaya səfəri zamanı NATO-nun Avropadakı Birləşmiş Qüvvələrinin və ABŞ Silahlı Qüvvələrinin Avropa komandanı general Kristofer Kavoli ilə əməkdaşlığı müzakirə edib.

“Qərb Xəbər” xəbər verir ki, bu barədə Moldova Müdafiə Nazirliyi məlumat yayıb.

“İki rəsmi şəxs Moldova Respublikası ilə Şimali Atlantika Alyansı arasında müdafiə sahəsində əməkdaşlığı nəzərdən keçirərək müdafiə qurumunun beynəlxalq standartlara uyğun müasir tipli quruma çevrilməsinə yönəlmiş illər ərzində həyata keçirilən birgə proqram və təşəbbüslərə xüsusi diqqət yetirib”, – Moldova Müdafiə Nazirliyinin teleqram kanalında yerləşdirilən məlumatda bildirilib.

Qeyd olunub ki, Kavoli Moldovadan olan hərbçilərin digər dövlətlərdən olan həmkarları ilə birgə sülhməramlı əməliyyatlarda rolunu vurğulayıb.

“Komandan bildirib ki, Birləşmiş Ştatlar Moldova Respublikasının müdafiə qurumuna Milli Ordunun islahatı məqsədlərinə nail olmaq kontekstində ümumi maraq doğuran müxtəlif sahələrdə dəstəyini davam etdirəcək”, – Moldova MN açıqlayıb.

Paylaş
Burada sizin reklamınız ola bilər