Kateqoriyasız

MN: Tovuz, Gədəbəy, Daşkəsən, Qubadlı və Ağcabədi atəşə tutulur

28 oktyabr / 10:08 1 dəq
8d8a2f5f 3bfa 3b95 938c 1f638bb837ec
28 oktyabr / 10:08
Burada sizin reklamınız ola bilər

Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 28-də gecə və səhər müxtəlif vaxtlarda Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən Azərbaycan yaşayış məntəqələrini və Azərbaycan bölmələrinin mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Belə ki, Ermənistanın Berd, Çəmbərək, Vardenis və Gorus rayonları ərazisindən Azərbaycanın Tovuz, Gədəbəy, Daşkəsən və Qubadlı rayonlarının əraziləri atəşə tutulub.

Səhər saat 07.35-dən 09.00-dək isə Ağcabədi rayonu ərazisi Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşə məruz qalıb.

Paylaş
Burada sizin reklamınız ola bilər