Dünya

MN: Qarabağda antiterror tədbirlərindən sonra aşkarlanan sursatların bir qismi 2021-ci ildə istehsal edilib – FOTO

26 oktyabr / 14:24 1 dəq
653a3b826b945653a3b826b9461698315138653a3b826b940653a3b826b942
26 oktyabr / 14:24
Burada sizin reklamınız ola bilər

Azərbaycanın Qarabağ bölgəsində həyata keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra əraziyə baxış zamanı aşkar olunan “TOS-1A” odsaçan sisteminin raketlərindən bir qisminin 2021-ci ildə istehsal edildiyi müəyyən edilib.

“Qərb Xəbər” məlumat verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

“Bundan başqa, bölgədə aşkar edilən “Kornet” və “Faqot” tank əleyhinə raket komplekslərinin idarə olunan raketlərdən bəzilərinin 2020-ci ilin sonunda bağlanmış müqaviləyə əsasən Ermənistan tərəfindən istehsalçıdan birbaşa, bəzilərinin isə üçüncü dövlət vasitəsilə satın alınaraq Qarabağa gətirildiyi müəyyən edilib.
Bu faktlar lokal xarakterli antiterror tədbirlərinə qədər Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə Laçın yolu vasitəsilə qanunsuz hərbi daşımaların həyata keçirildiyinin əyani sübutudur”, MN-in məlumatında deyilir.

R.Carçılı

Paylaş
Burada sizin reklamınız ola bilər