Hadisə

MN: Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

17 avqust / 09:15 1 dəq
64dcf23b23e7064dcf23b23e711692201531370497f2d7c2952263641718f3f56894
17 avqust / 09:15
Burada sizin reklamınız ola bilər

Avqustun 16-sı saat 18:20-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Əzizli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini bir neçə dəfə müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Bu barədə “Qərb Xəbər”ə Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.

Paylaş
Burada sizin reklamınız ola bilər